Liftlərə dair tarixi məlumatlar

Lift yükqaldıran maşın mexanizmin növüdür ki, əsas iş prinsipi xüsusi platforma vasitəsilə sərt relslər üzərində vertikal və ya əyilmiş vəziyyətdə müxtəlif çəki və ölçüdə olan insan və yüklərin daşınmasıdır. Romalı memar Vitruviyin qeydlərinə əsasən qaldırıcı qurğular, çox güman ki, ilk olaraq Arximed tərəfindən inşa edilmişdir. Bir gədər sonrakı qeydlərə istinadən liftlərin yaranması VI əsrin ortalarında Misirdə, daha sonra XVII əsrdə Böyük Britaniyada və XVIII əsrin 1-ci yarısında Fransada qeydə alınıb. Rus imperiyası sərnişinlər üçün olan liftlərin tətbiqinə XVIII əsrin ortalarında başlayıb. İxtiraçı Kulibin qaldırıcı kreslolar formasında olan vint tipli sərnişin liftinin modelini hazırlayıb. 1857-ci ildə quraşdırılmış qaldırıcı lift “göydələn”lərin inşaşı ideyasının yaranmasına səbəb oldu. Liftlərin quraşdırılma texnologiyaları sürətlə inkişaf edərək sürəti əvvəlki liftlərin modifikasiyalarından yetərincə çox olan hidravlik və elektrik liftləri təqdim etmişdir.

Liftlərin ümumi klassifikasiyası

Hazırda lift modifikasiyalarının və müxtəlif növ qaldırıcı qurğuların sayı yetərincə çoxdur. Təyinat üzrə klassifikasiya: Sərnişinlər üçün, yük üçün, yük və sərnişinlər üçün, xəstəxanalar üçün, yük platformları üçün, senaye üçün. Konstruksiya üzrə liftlərin qruplaşdırılması: sıxıcı liftlər, yük liftləri, pnevmatik liftlər, hidravlik liftlər, panorama liftləri, kotec üçün liftlər, müxtəlif növ qaldırıcılar üçün liftlər, ev üçün liftlər.